Qanda şəkərin səviyyəsinin yüksəlməsinin səbəbləri...
Hiperqlikemiya qanda qlükozanın/şəkərin səviyyəsinin yüksək olduğunu bildirən bir termindir.
Orqanizmdə insulinin miqdarı çox az olduqda və ya bədən hüceyrələrini yetərincə insulindən istifadə edə bilmədikdə qanda şəkərin səviyyəsi yüksəlir.
Reportyor.az xəbər verir ki, qanınızda şəkərin miqdarı yeməkdən sonra 180 mq/dl və ya daha yüksək olduqda hiperqlikemiya baş verir. Hiperqlikemiya şəkərli diabetin yaxşı idarə edilib-edilməməsindən asılı olmayaraq hər bir pasiyentdə baş verə bilər.
Qanda şəkərin səviyyəsinin yüksəlməsinin səbəbləri:
- İnsulinin vurulmasının unudulması;
- İnsulin dozasının azaldılması;
- İnsulin dozasının vaxtının gecikdirilməsi;
- Adi vaxtlara nisbətən daha çox qida qəbul etmə;
- Adi vaxtlara nisbətən fiziki fəallığın daha az olması;
- Stres keçirmə;
- Soyuqdəymə, qripə yoluxma və s.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Dünən, 14:26