Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb
"Hazırda ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 300 mini keçib".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.
O, Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin sayının artdığını və vəziyyətin acınacaqlı olduğunu da bildirib.
Endokrinoloq şəkərli diabetin bütün dünyada geniş yayılmış xəstəlik olduğunu, qeyri-infeksion epidemiya sayıldığını vurğulayıb: “Evdə şəkər ölçən cihazla diaqnoz qoymaq olmaz. Qanda şəkərin səviyyəsini yüksək olduğunu görəndə panikaya düşmək lazım deyil. Sadəcə həkimə vaxtında müraciət etmək və lazımi analizlər vermək vacibdir”.
O.Hüseynov əlavə edib ki, qanda şəkərin səviyyəsini normada saxlamaq lazımdır: “Mütəmadi yüksələn səviyyə isə digər orqanları sıradan çıxarır. Müalicə 3 hissədən – pəhriz, düzdün dərman təyinatı və fiziki hərəkətlərdən ibarətdir. Bütün bunlara ciddi riayət etmək lazımdır. Xəstəliyin müalicəsinin 90 %-i pasiyentdən, 10 % isə həkimdən asılıdır”.(report)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 15-11-2023, 15:49