ÜST şəkər əvəzləyicisi istehlakını tövsiyə etmir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bədən çəkisini normada saxlamaq üçün şəkər əvəzləyicisi istehlakını tövsiyə etmir.
İnsanlar şəkər əvəzləyicisindən yoluxucu olmayan xəstəliklərin yaranma riskini azaltmaq və pəhriz saxlamaq üçün istifadə edir, lakin bu təhlükəli ola bilər. Bu tövsiyə şəkər əvəzləyicisinin istifadəsi zamanı böyüklərdə, eyni zamanda uşaqlarda bədən yağının və ya kütləsinin azaldılmasına uzunmüddətli fayda vermədiyini göstərən tədqiqatların nəticəsinə əsaslanır. Təlimatda qeyd olunub ki, şəkər əvəzləyicisinin istifadəsi böyüklərdə diabet, ürək-damar xəstəlikləri və ölüm riskinin artması kimi arzuolunmaz təsirlərə səbəb ola bilər. ÜST-nin tövsiyəsi mövcud olan şəkərli diabet xəstələrindən başqa hamıya şamil edilsə də, diş pastası, dəri kremləri və bəzi dərmanlar kimi şəxsi qulluq və gigiyena məhsullarına əlavə olunan şəkər əvəzləyicilərinə aid edilmir.
ÜST-nin Qidalanma və Qida Təhlükəsizliyi direktoru Francesco Branca, şəkər əvəzləyicilərinin istifadəsinin uzunmüddətli perspektivdə çəki nəzarətinə kömək etmədiyini deyib: “Şəkər əvəzləyiciləri pəhriz məhsulları deyil. İnsanlar şəkər qəbulunu azaltmaq istəyirlərsə, meyvə, şəkərsiz qidalar və ya içkilər kimi təbii metodlardan istifadə etmək kimi variantları nəzərdən keçirməlidir”.
SAĞLAMLIQ / KARUSEL

Tarix: 16-05-2023, 15:51