mobil versiya

Marketlərdə şəkər tozu qıtlığı: Qiymət artımına hazırlıq gedir? - VİDEO




Son günlər marketlərdə, xüsusən də iri alış-veriş mərkəzlərində şəkər tozu tapmaqda çətinlik çəkilir.

REPORTYOR.AZ xəbər verir ki, alıcıların iddiasına görə, şəkər tozu almaq üçün mağazalara üz tutduqda boş rəflərlə qarşılaşırlar.

"ARB TV"-nin çəkiliş qrupu marketlərdə hazırladığı süjet zamanı şəkər tozu ilə bağlı həqiqətən qıtlıq olub-olmadığını araşdırıb.

Marketlərin bəzisi kifayət qədər şəkər tozu ehtiyatının olduğunu desələr də, bəziləri bu sahədə problemlərin mövcudluğunu etiraf edib.

Ətraflı videomaterialda izləyə bilərsiniz:


KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-07-2022, 11:11