2026-cı il Ədəbiyyat üzrə Nobel Mükafatı: Proqnoz siyahılarında ərəb yazıçılar ön sıralarda

Qeyri-rəsmi mərc siyahılarında bir sıra ərəb yazıçıların adlarının hallanması fonunda diqqətlər 8 oktyabrda 2026-cı il Ədəbiyyat üzrə Nobel Mükafatı laureatının adını açıqlamağa hazırlaşan İsveç Akademiyasına yönəlib.
Dövriyyədə olan siyahılara suriyalı yazıçılar Adonis, Səmər Yəzbek və Səlim Bərəkət, eləcə də mərakeşli yazıçı Tahar Ben Jellun və yəmənli yazıçı Büşra əl-Məqtəri daxildir.
Britaniyanın mərc şirkəti "Ladbrokes" tərəfindən dərc edilən və "Literary Hub" tərəfindən yayımlanan əmsallara görə, Adonis və Tahar Ben Jellunun qələbə şansı 25-in 1-ə, Səmər Yəzbek, Səlim Bərəkət və Büşra əl-Məqtərinin hər birinin şansı isə 33-ün 1-ə nisbətində qiymətləndirilir.
Bu siyahılar rəsmi namizədlikləri əks etdirmir, çünki İsveç Akademiyası namizədlərin adlarını gizli saxlayır. Onlar daha çox mərc bazarındakı gözləntiləri və müəyyən yazıçılara yönələn marağı ifadə edir.
Mərc siyahısına çinli yazıçı Can Syue başçılıq edir; ondan sonrakı yerlərdə yaponiyalı yazıçı Haruki Murakami, avstraliyalı yazıçı Cerald Murnan və amerikalı yazıçı Tomas Pinçon, eləcə də Avropa, Asiya və Amerika qitələrindən digər tanınmış simalar qərarlaşıb.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 14:26


























