mobil versiya

Ötən il əlillik verilən şəxslərin sayı açıqlanıb



Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 48,2 min şəxsə əlillik təyin edilib.

Reportyor.az
xəbər verir ki, bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Bildirlir ki,onlardan 23,9 mininə ilkin, 24,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

KARUSEL / SOSİAL
Tarix: Bu gün, 14:19