29 minə yaxın şəxsə əlillik təyin edilib
Bu ilin yanvar-iyul ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 28,9 min şəxsə əlillik təyin edib.
Nazirlikdən verilən məlumata görə, onlardan 14,4 mininə ilkin, 14,5 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.
KARUSEL / SOSİAL
Tarix: 19-08-2024, 10:40