mobil versiya

Bu ilin ilk yarısında 23 mindən çox şəxsə əlillik təyin olunub


Bu ilin yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 23,4 min şəxsə əlillik təyin edilib.
Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, onlardan 11,5 mininə ilkin, 11,9 mininə təkrar əlillik təyinatı aparılıb.
“Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub”, – deyə məlumatda qeyd edilib.



KARUSEL / SOSİAL
Tarix: 10-07-2024, 11:48