mobil versiya

Paytaxtda avtobus sayı 2800-ə çatdırılacaq



Bakı şəhəri üzrə 2024-cü ildə 476 milyon nəfər sərnişin daşınıb, 2023-cü il ilə müqayisədə 28 milyon nəfər sərnişin artımı müşahidə edilib.


Bunu bu gün jurnalistər üçün keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 marşrut yaradılıb.
200 avtobus təmir edilərək daşımaya qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilib və bir hissəsi artıq istismara buraxılıb. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir”.

Anar Rzayev deyib ki, Bakı şəhərində avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulur.

2022-ci ilin sentyabr 15-də gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı təxminən 1720 olduğu halda, bu göstərici 2023-cü ildə təxminən 1950 ədədə, 2024-cü ildə isə 2160-ə qədər artırılmış, marşrutların pik vaxt yüklənməsi 100%-dən aşağı salınıb. O bildirib ki, Bakı şəhərində avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Bakı şəhəri üzrə 2024-cü ildə 476 milyon nəfər sərnişin daşınıb, 2023-cü il ilə müqayisədə 28 milyon nəfər sərnişin artımı müşahidə edilib. 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 marşrut yaradılmışdır.
200 avtobus təmir edilərək daşımaya qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilmişdir. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilmiş və bir hissəsi artıq istismara buraxılmışdır. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:46