mobil versiya

“Qarabağ” bu gün Qurbanın üzün(100-nü) güldürə biləcəkmi?



Ağdam klubu “Düdelanj”la oyunda da məğlubiyyətə uğrasa, qrupda ikinciliklə bağlı şansını itirmiş olacaq

Bu gün-oktyabrın 3-də Lüksemburqdakı “JoziBartel” stadionunda UEFA Avropa Liqasının ikinci turunda “Düdelanj” Ağdamın “Qarabağ” klubunu qonaq edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Con Biton olacaq. Ona yan xətdə DanielMakfarlan və Duqlas Potter kömək edəcək.

***

Qeyd edək ki, bu komandalar üç mövsüm əvvəl Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşıb. “Qarabağ” evdə 2:0 hesabı ilə qalib gəlib, rəqib meydanında isə qalib  müəyyənləşməyib: 1:1.  “Düdelanj” Avropa Liqasında qrup mərhələsinin startı ərəfəsində baş məşqçi Emilio Ferreranı postundan istefaya göndərib. Komanda müvəqqəti olaraq, Bertran Krassona tapşırılıb. Onun rəhbərliyi altında isə “Düdelanj” ilk turda APOEL-ə Kiprdə 3:4  hesabı ilə qalib gəlib.

“Düdelanj”ın baş məşqçisi ilə bağlı qərar “Qarabağ”la keçirəcək matçdan sonra veriləcək. Klubun idman direktoru Sofian Benzuan düzgün qərarın verilməsi üçün daha bir həftə gözləmələrinin gərəkliyini açıqlayıb. Lakin o, qərarın mütləq şəkildə nəticələrlə əlaqədar olmayacağını diqqətə çatdırıb. Bertrand Krassonun ən azı köməkçi-məşqçi kimi qalacağını əlavə edib.
Belçika millisinin sabiq futbolçusu Bertrand Krasson yığmanda 26 oyun keçirib və DÇ-1998-in iştirakçısı olub. Bu ilin sentyabrından “Düdelanj”ın məşqçilər korpusunda yer alıb.
“Düdelanj” ile ilgili görsel sonucu

Qəribədir, APOEL də Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki ilk oyunda “Qarabağ”a uduzdu və baş məşqçilərini istefaya göndərdilər. Bakıda təkrar görüşə klubu artıq yeni baş məşqçi hazırlamışdı. APOEL Bakıda məğlubiyyətin əvəzinin çıxdı və pley-offa yüksəldi. İndi eyni situasiya ilə həm APOEL, həm “Qarabağ” qarşılaşıb. Aydındır ki, “Düdelanj”ın müvəqqəti baş məşqçisi çalışacaq ki, bu oyunda da özünü doğrultsun. A qrupunun az qala autsayderi hesab olunan Lüksemburq klubu ən azı heç-heçəyə nail olmaqla qrupdakı ikincilik mövqeyini saxlaya bilər. “Qarabağ” isə bu oyunda da məğlub olarsa, o halda qrupda ikinciliklə bağlı şansını itirmiş olacaq...        

Yeri gəlmişkən, “Düdelanj”la oyunun nəticəsindən asılı olmayaraq, onlara bir borcumuz var. Bu klubun Ermənistanın “Ararat”ını Avroliqanın qapısından qovduğunu unutmayaq. Ermənistanın Avroliqa arzusunu gözündə qoyduğu üçün lüksemburqlulara təşəkkür düşür...     

***

“Düdelanj” ile ilgili görsel sonucu

Əsası 1991-ci ildə qoyulan “Düdelanj” 3 klub - “Allyans”, “Stad” və YUS-un birləşməsindən yaranıb. Yaşının çox olmamağına baxmayaraq, komanda bu vaxta qədər 15 dəfə ölkə çempionu adını qazanıb.

“Düdelanj” 2005/06 mövsümündə Lüksemburq tarixində ilk dəfə Çempionlar Liqasında II təsnifat, 2012/13 mövsümündə isə Avropa Liqasının pley-off mərhələsinədək irəliləyib. Klub ilk dəfə Bosniya və Herseqovinanın “Jrinski” klubunu üstələyib - 0:1, 4:0. Növbəti mərhələdə komandanın qarşısını “Rapid” (Vyana, Avstriya) kəsib - 1:6, 2:3.

İkinci tarixi uğura imza atdığı mövsümdə isə “Düdelanj” “TrePenne” (San-Marino) üzərində 7:0, 4:0, “Zalsburq”la görüşdə 1:0, 3:4 hesablı nəticələrlə III təsnifat mərhələsinə yüksəlib. Bu komandanın qarşısını Çempionlar Liqasında “Maribor” (Sloveniya) 4:1 və 1:0, Avropa Liqasının pley-off mərhələsində isə “Hapoel” (Təl-Əviv, İsrail) 3:1, 4:0 hesablı qələbələrlə kəsib.

“Düdelanj” ile ilgili görsel sonucu

“Düdelanj” ötən mövsüm 15-ci dəfə ölkə çempionu olub. Ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində ÇFR-i mübarizədən kənarlaşdırmaqla qrup mərhələsinə vəsiqə qazanan ilk Lüksemburq klubu olub. Qrupda keçirdikləri beş oyunda uduzdular, yalnız “Real Betis”lə 0:0 hesablı heç-heçəyə nail oldular.

“Düdelanj” ötən mövsümdə olduğu kimi, bu il də Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırdı. Komanda “Valetta” ilə oyunlarda mübarizəni dayandırdı (2:2, 1:1). Avropa Liqasında “Düdelanj” Şimali Makedoniyanın “Şkendiya”, Estoniyanın “NommeKalyu” və pley-offda Ermənistanın “Ararat” klubunu mübarizədən kənarlaşdırıldı.  “Düdelanj” Avropada son beş ev görüşünü uduzmayıb - iki qələbə, üç heç-heçə. Hazırda milli çempionatda 8-ci yerdə qərarlaşıblar. 

Qurban Qurbanov ile ilgili görsel sonucu

“Düdelanj”ın kapitanı, qapıçı Conatan Juber oyun ərəfəsi deyib ki, azarkeşlərini APOEL-lə oyunda olduğu kimi  yenidən təəccübləndirmək istəyirlər:  “Avropa Liqasına uğurlu başlanğıc etdik. ”Qarabağ"ın önündə də bunu xəyal etmək istəyirik. Hamımız bir nəticə barədə düşünürük. “Qarabağ”ın avrokubokda böyük təcrübəsi var. Amma yenə də özümüzə inanırıq".

“Qarabağ” oktyabrın 2-dən Lüksemburqdadır. Komandanın Lüksemburqa gedən heyətində  zədəli futbolçular - Xayme Romero və Filip Ozobiç yer almayıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün “Düdelanj”la qarşılaşma əlamətdar tarixə təsadüf edir. 47 yaşlı mütəxəssis 100-cü avrokubok oyununa çıxacaq.

Ozobiçdən sonra yeni legioner Xayme Romeronun da sıradan çıxması əlbəttə ki, üzücüdür. Onun necə zədələndiyi epizodunu görə bilmədim, amma milli çempionatımızın azsaylı oyunlarına baxanda oyunçuların xüsusi kobudluğu nəzərə çarpmır. Digər çempionatların, məsələn, elə Romeronun öyrəşdiyi İspaniya LaLIiqasında oyunçularla müqayisədə bizimkilər əsl centlmendilər. Təəssüf ki, legionerlərin belə talesizlikləri tez-tez olur. Romero builki transferlər içərisində ən bəyəniləni idi və bu cür vacib oyunda kluba lazım idi.
Ümid edək ki, “Qarabağ” Lüksemburqdan uğurlu nəticə ilə dönəcək...//musavat.com
MANŞET / KARUSEL / İDMAN
Tarix: 3-10-2019, 12:40