mobil versiya

İranla sərhəddlər bağlandı - RƏSMİ (YENİLƏNİB)




Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar bu gün 16:00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində məhdudlaşdırıcı rejim əsasında bağlanıb.

Bu barədə REPORTYOR.AZ-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

*** 15:21

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16:00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Bu barədə REPORTYOR.AZ-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib.

İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.

Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcək.

Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatı, dost və tərəfdaş dövlətlərlə koronavirus riski ilə əlaqədar təmasları və əməkdaşlığı davam etdirir.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 29-02-2020, 16:40