mobil versiya

İrandan koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlir




İran İslam Respublikası koronavirus infeksiyasından ölənlərin sayının artması ilə bağlı KİV-də yayılan məlumatlara aydınlıq gətirib.

“Report” xəbər verir ki, İranın Səhiyyə Nazirliyi koronavirusdan ölənlərin sayının 12 nəfər olduğu barədə rəsmi məlumat yayıb. 
Bildirilib ki, indiyədək, ümumilikdə, 47 təsdiq edilmiş koronavirus yoluxması halı qeydə alınıb.

Qeyd edək ki, fevralın 23-də KİV-də İranda koronavirus infeksiyasından ölənlərin sayının 18 olduğu barədə məlumatlar yayılıb.

SON XƏBƏR / GÜNDƏM / DÜNYA
Tarix: 24-02-2020, 12:40