mobil versiya

Zümrüd Yağmurun səs yazıları yayıldı: AXCP -ni sübut və dəlillərlə hədələdi (SƏS YAZISI)


“Sənayın ayağının qırılma, gipsli şəkillərini, raporunu, özümün əlimin qırılmasını, gipsini paylaşacam, dalında dura biləcəksiz? ”


AXCP sədrinin bu günlərdə istefa verən müavini Fuad Qəhrəmanlı “cəbhə”sində sular durulmur.

Musavat.com xəbər verir ki, sosial şəbəkədə F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmura aid səs yazıları yayılıb. Vatsap üzərindən göndərilən səs yazılarından birincisində Z.Yağmur baş verənlərə üsyan edir. Yazar səs yazısını yolladığı şəxsə (kim olduğu bilinmir-red.) sosial şəbəkədə yazdıqlarına görə etiraz edir və aşağıdakıları deyir: “Kama, sənin yazdığını mən oxudum. Çox təəssüf edirəm, yazıqlar olsun. Sən bir qadın idin və hər şeyi də bilirdin. Yazmağa başqa cür cəsarətin yox idisə, mən bunu səndən istəyə bilməzdim. Mən indi başa düşürəm ki, siz cəbhəçilərin ədalət anlayışı qüsurludur. Hamınız bilirdiz ki, Fuad onları edir. İndi dünən mənim uşağımı psixoloji xəstə çıxardılar. İndi də yalançı çıxarmağa çalışırlar. Pes yani. Mənim yanımda-falan olmanızı da istəmirəm. Siz Fuadı seçdiz. Mən buna heç nə demirəm. Amma bu riyakarlıq məni doyurdu. Ona görə də burdan belə status yazıb, sonra da mənə kədər mötərizələri açmağınızı istəmirəm”.

Yayılan ikinci səs yazısında isə Z.Yağmur Türkan Cahangir adlı xanıma müraciət edir. Yeri gəlmişkən, sözügedən səs yazısı da T.Cahangirə aid youtube kanalından “Zümrüd Yağmur AXCP-ni sübut və dəlillərlə hədələdi” başlığı altında yayılıb.

Xanım yazar bu dəfə əlində F.Qəhrəmanlıya qarşı ciddi faktlar olduğunu deyib: “Türkan, sənin belə sağ duyu ilə yanaşmana heyrət etdim. Təşəkkür edirəm. Bəli, Selcanı dünən linc elədilər. İndi də çalışırlar ki, onun yalan dediyini yaysınlar. Məmməd İbrahimə zəng edib dedim ki, sən hardan bilirsən yalan olduğunu? Mənim səbrimi daşırmayın. İndi Sənayın ayağının qırılma, gipsli şəkillərini, raporunu, özümün əlimin qırılmasını, gipsini paylaşacam, dalında dura biləcəksiz? Bu qədər ədalətsizlik, yalan olmaz. Bu qədər kor-koranə təəssübkeşlik olmaz. Edirsizsə edin, amma uşaqlarımı əzdirməyin üzərindən yox”.

İddialara görə, bu səs yazılarını bunda maraqlı olan AXCP üzvləri - səs göndərənlər, ya da göndərilənlər yayırlar.




MANŞET / MARAQLI / KARUSEL / GÜNDƏM / SİYASƏT / ÖLKƏ
Baxılıb: 49 Tarix: 24-09-2019, 01:44


Şərh bildir
yenilə, əgər kod görünmürsə