mobil versiya

Banka borcu olan yaşlı qadın prezidentdən xahiş etdi - Dövlət başçısı dərhal tapşırıq verdi - VİDEO



Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub.

BAKU.WS xəbər verir ki, açılışda iştirak edən prezident İlham Əliyev metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşüb, onlarla söhbət edib.

Dövlət başçısı yaxınlaşan bir yaşlı qadın krediti olduğunu və ödəmək imkanı olmadığını bildirib. Bununla yanaşı, nəvəsinin də təhsil haqqısının olduğunu və onu da ödəyə bilmədiklərini söyləyib. 

Dövlət başçısı köməkçisini yanına çağırıb və qeydlər aparılmasını istəyib. 

İlham Əliyev yaşlı qadının problemlərinin həll edilməsi ilə bağlı göstəriş verib.




MARAQLI / BANNER / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 20-11-2019, 12:15