mobil versiya

Noyabrın 1-i Beynəlxalq Veqan Günüdür


Hər il noyabrın 1-də Beynəlxalq Veqan Günü qeyd edilir. Bu təqvim günü 1994-cü il noyabrın 1-də təsis olunub.
Veqan sözü ilk olaraq Donald Uotson tərəfindən işlədilib və “vegetarian” ingilis sözünün birinci üç və son iki hərfinin birləşməsindən əmələ gəlib. Həmin termin 1944-cü il noyabrın 1-də Londonda Uotson tərəfindən əsası qoyulmuş “Veqan” Cəmiyyətində istifadə olunmağa başlanılıb.
Vegetarianlıq rasiondan heyvan mənşəli məhsulların çıxarılmasıdır. Bütün ənənələr kimi o da qədim ənənəyə malikdir. Veqanizm isə sərt vegetarianlığı nəzərdə tutan həyat tərzidir.
Vegetarianlığın Asiya ölkələrində qədim vaxtlardan yarandığı və onun əsasında buddizm və induizmin dini ənənələri dayanır.
Veqanlar ət və balıq yeməklərini rasiondan xaric etməklə yanaşı, digər heyvan məhsullarını - yumurta, süd, bal və digər qidalardan da imtina edirlər. Veqanlar dəri, xəz, yun və ya ipəkdən hazırlanmış paltar geyinmirlər. Onlar əsasən bunu heyvanların öldürülməsinə və onlara qarşı amansızlığa etirazla əlaqələndirirlər.
Avropada vegetarianlıq XIX əsrdən yaranmağa başlayıb. İngiltərədə müstəmləkəçilərin Hindistanda öyrəndikləri buddist təlimləri bu vərdişin geniş yayılmasına şərait yaradırdı. Yeri gəlmişkən, ilk dəfə 1849-cu ildə İngiltərədə Vegetarianlar Cəmiyyəti yaradılıb və hazırda əhalinin təxminən 6 faizi vegetarian pəhrizi ilə həyat sürür. Həmçinin onu da qeyd etmək lazımdır ki, Avropadakı iqtisadi böhran, qida məhsullarının əhəmiyyətli hissəsinin bahalaşması həmin təlimin genişlənməsinə səbəb olub.(azərtac)


MARAQLI / KARUSEL
Tarix: 1-11-2023, 12:37