Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb.
Bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sənədə əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Fərid Yunis oğlu Talıbov həmin posta təyin edilib.
Dövlət başçısının imzaladığı Sərəncamla həmçinin Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksikada, eyni zamanda Hondurasda, Kolumbiyada, Kosta Rikada, Qvatemalada, Panamada və Peruda səfiri vəzifəsindən geri çağırılıb. Digər sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksikada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyevin imzalaydığı Sərəncamla Eldar Nadir oğlu Səlimov Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Digər sərəncamla E.Səlimov Azərbaycanın İraqda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlham Əliyevin imzaladığı Sərəncamla Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Dövlət başçısının imzaladığı digər Sərəncamla Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Reportyor.az
MANŞET / KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 16:48


























