mobil versiya

Binəqədidə un məmulatlarının emalı müəssisəsinin fəaliyyəti dayandırılıb



Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən, fiziki şəxs Vəliyeva Şahnaz Nurəddin qızına məxsus un məmulatlarının emalı müəssisəsində yoxlama keçirib.

Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahəsində divar, döşəmə və tavan səthlərinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan işçi masanın dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisədə emal prosesi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.




Reportyor.az





KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:18