mobil versiya

Zəfər Günü ilə əlaqədar Pakistanda yürüş keçirilib




Azərbaycanın 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Pakistanın paytaxtı İslamabadda yürüş keçirilib.

Pakistan Milli Abidəsi önünə toplaşan yüzlərlə adam “Yaşasın Azərbaycan-Pakistan qardaşlığı”, “Azərbaycan, Pakistan, Türkiyə - 3 qardaş”, “Bir millət, üç dövlət” şüarları səsləndirib. Bundan başqa, İslamabadın küçələrində Pakistan, Azərbaycan və Türkiyə dövlət başçılarının portretləri asılıb.
Qeyd edək ki, Azərbaycanın şanlı Zəfərinin ildönümü Pakistanda bayram əhval-ruhiyyəsi ilə qeyd edilir. Bu münasibətilə Pakistanda çoxsaylı binalar, o cümlədən Prezident sarayı, Baş nazirin ofisi, parlament və Ali Məhkəmənin binaları, eyni zamanda, İslamabad şəhərinin simvolu hesab olunan “Pakistan Milli Abidəsi” Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb, paytaxtın bütün əsas küçələrində Azərbaycan, Pakistan və Türkiyə bayraqları asılıb.


Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:46