mobil versiya

Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi



"44 günlük müharibənin qarşısını almaq üçün nə tələb olunurdu? Bunun üçün Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim təsəvvür etdiyimiz legitimliyi beynəlxalq səviyyədə tanınan legitimliklə uzlaşdırmaq lazım idi".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Ola bilər ki, nəzəri cəhətdən baxsaq, baxışlarımızı uyğunlaşdırmaq mümkün idi, amma praktiki olaraq bu, mümkün deyildi. Çünki ilk addım olaraq biz Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul etməli idik, başqa variant yox idi. Əgər düşünürüksə ki, bunu 2018-2019-cu illərdə edə bilərdik, bəli, onda mənim səhvim idi ki, bunu etməmişəm”, - o bildirib.(apa)
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:08