mobil versiya

Gimnastımız Macarıstanda keçirilən Qran Pridə qızıl medal qazanıb - FOTO




Azərbaycanın idman gimnastikası üzrə milli komandasının üzvü Nikita Simonov beynəlxalq yarışda - Macarıstan Qran Prisində birinci yer tutub.

REPORTYOR.AZ Trend-ə istinadən xəbər verir ki, idman gimnastikası üzrə yarışı 24-26 sentyabr tarixlərində Sombatxey şəhərində keçirilir.

Azərbaycan gimnastı halqa ilə hərəkətlərində qızıl medal qazanıb (14.500 xal).

İkinci yeri Avstriya gimnastı, üçüncü yeri isə İsraili təmsil edən idmançı tutub.



SON XƏBƏR / KARUSEL
Tarix: 26-09-2021, 18:00