mobil versiya

Ermənistanda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb




Ermənistanda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.


APA-nın xəbərinə görə, bu barədə “Razminfo” Ermənistan silahlı qüvvələrinin baş qərargahının informasiya şöbəsinin rəisi Samvel Asatryana istinadən məlumat yayıb.

Belə ki, bu gün İrəvanda yerləşən “Muratsan” Mərkəzi Kliniki Hospitalından hərbçiləri Sisiana aparan avtomobilin sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində hərbçilər xəsarət almayıb, yalnız bir nəfər müayinə üçün hərbi hospitala aparılıb. 
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 14-02-2020, 15:41