mobil versiya

Valideynlərə yeni şərtlərlə məktəblərin açılacağı bağlı məlumat verilib? - Nazirlik açıqladı




Azərbaycanda məktəblərin sentyabrın 15-də yeni şərtlərlə fəaliyyət göstərəcəyi bildirilir.

REPORTYOR.AZ MediaPost”a istinadla xəbər verir ki, bu barədə valideynlərə məktəblərdən məlumat verilib. Bildirilib ki, yeni tədris ilində dərslər həftədə 3 dəfə keçiriləcək.

Valideynlərin verdiyi məlumata görə, dərslər Azərbaycan bölməsi üçün həftənin tək, Rus bölməsi cüt günləri keçiriləcək.

Həmçinin hər dərs günü 3 fənn (Rus dili, riyaziyyat və ingilis dili) keçiləcəyi və bir dərsin 25 dəqiqə davam edəcəyi bildirilib.

Digər fənlər üzrə tədrisin isə onlayn qaydada keçiriləcəyi ilə bağlı valideynlərə məlumat verilib.

Valideynlərin sözlərinə görə, dərslər 30 nəfərlik qruplarda ikiyə bölünməklə fərqli günlərdə tədris olunacaq.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə açıqlamasında məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Yeni tədris ilin hansı qaydada təşkil olunması ilə bağlı nazirlik tərəfindən hər hansı bir qərar qəbul edilməyib. Qərar olmadığı üçün də bu barədə məktəblərə məlumat göndərilməyib. Yayılan məlumatların hamısı şayiədir. İnsanları belə məlumatlara etibar etməməyə çağırırıq”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 18-08-2020, 11:52