mobil versiya

Serbiyalı mütəxəssis millimizin yer aldığı qrupu dəyərləndirdi




"Belə bir qrupun bütün komandalar üçün çətin olacağını düşünürəm. Əla oyunçularımız var. Fikrimcə, seçmə mərhələdə ən vacib şey həvəs və ehtirasdır. Oyunçular başa düşməlidirlər ki, bəlkə də, bu, onların bir çoxu üçün dünya çempionatında iştirak etmək baxımından son şansdır".

"Report"un məlumatına görə, bu fikirləri Meksika, Kosta-Rika, ABŞ, Nigeriya və Çin millisinin sabiq baş məşqçisi Bora Milutinoviç "danas.rs" saytına müsahibəsində Serbiya millisinin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

Serbiyalı mütəxəssis A qrupunda mübarizə aparacaq doğma komandasının Portuqaliya ilə birlikdə favorit olduğunu bildirib: "Bu iki yığma qrupda ən yüksək keyfiyyətə malik kollektivlərdir. İrlandiya bir qədər aşağı səviyyəlidir. Azərbaycan və Lüksemburq yığmalarında isə keyfiyyət elə də çox deyil. Hətta biz Qətərlə yoldaşlıq matçları da keçirəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Serbiyaya qarşı ilk matçını martın 30-da Bakıda oynayacaq. İkinci qarşılaşma isə oktyabrın 12-də səfərdə olacaq.
SON XƏBƏR / İDMAN
Tarix: 4-01-2021, 12:24