mobil versiya

Baş məşqçi Azərbaycan yığmasının 0:6 hesablı məğlubiyyətinin səbəbini açıqlayıb


“Futbolçuların oyun praktikası yoxdur. Bunun da əsas səbəbi çempionatın başlamamasıdır”. APA-nın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd deyib.
Yığma Ukraynanın paytaxtı Kiyevdə keçirilən Viktor Bannikovun xatirəsinə həsr olunan turnirə uğursuz başlayıb. İsrailə 0:6 hesabı ilə uduzan millinin çalışdırıcısı AFFA-nın saytına açıqlamasında məğlubiyyətə şərh verib: “Yoxlama oyunları olduğuna görə, oyun ərzində bütün futbolçulara oynamaq şansı verildi. Üstəlik, zədəli futbolçularımız da var. Eyni zamanda, İspaniyada toplanışda olan oyunçularımız bizimlə deyil. Bundan öncə U-19-da çalışdığımız dönəmdə yoxlama matçlarında ardıcıl 8 oyunda bir qol belə vurmadan məğlub olmuşduq. Ancaq hazırlığımızı tədricən keyfiyyətə çevirərək yekunda Elit-raunda vəsiqə qazana bilmişdik. İnanıram ki, yenə də əzmlə çalışaraq, uğura imza ata biləcəyik. Bu gün həm fiziki, həm də taktiki baxımdan və reytinqə görə 2-ci qrupda yer alan güclü İsrail millisinə qarşı oynadıq. Bu oyunu unudub, növbəti oyunlara hazırlaşacağıq”.
Qeyd edək ki, futbolçularımız II turda ev sahiblərini sınağa çəkəcək. 
/APA/
İDMAN
Tarix: 26-08-2019, 22:09