Dollar zəifləyəcək…Bərabərsizlik artacaq…Əhali azalır və qocalır

Bu barədə Bloomberg məlumat yayıb. Yan Xatsiusun rəhbərliyi ilə iqtisadçı qrup proqnozlarını genişləndirərək 104 ölkəni əhatə ediblər.
Qrup bu nəticələrə gəlib. İnkişaf etməkdə olan bazarlar sənayecə inkişaf etmiş ölkələrlə yaxınlaşacaq. Çin, ABŞ, Hindistan, İndoneziya və Almaniya dollar ifadəsində olan nəhəng iqtisadiyyata malik ölkələrin reytinq siyahısına başçılıq edirlər. Nigeriya, Pakistan və Misir də həmçinin bu nəhənglərdən biri ola bilər.
–ABŞ çətin ki, son onillikdə əldə etdiyi yüksək göstəriciləri təkrarlaya bilsin. Dolların müstəsna dayanıqlığı qarşıdakı 10 ildə zəifləyəcək.
–Ölkələr arasında gəlrilərin qeyri-bərabərliyi azalsa da bu ölkələrin daxilində belə bərabərsizlik artmaqda davam edəcək.
İqtisadçılar Kevin Deyli və Tadas Qedminasın sözlərinə görə, iqtisadi göstəricilərin yavaşlaması ilə bağlı proqnozların böyük hissəsi demoqrafiya ilə bağlıdır.
Son 50 ildə dünya əhalisinin artımı iki dəfə azalıb.
Onların sözlərinə görə, əhalinin yavaş artımı “yaxşı problemdir”. Çünki bu ətraf mühitə yükün az düşməsi deməkdir. Amma bu başqa bir sıra iqtisadi problemlər də yaradır. Məsələn, dövlətlərin öz qocalmış əhalisinin artan səhiyyə xərclərini necə ödəyəcəkləri bu qəbildən olan problem hesab olunur.
DÜNYA / İQTİSADİYYAT
Tarix: 7-12-2022, 20:00