Dollar kəskin bahalaşdı – Məzənnə son 20 ilin ən yüksək səviyyəsinə çatıb
Beynəlxalq birjalarda ABŞ dollarının məzənnəsi bu gün bir qədər də bahalaşaraq son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Dolların dünyanın aparıcı 6 valyutasına qarşı ortaq məzənnəsini göstərən Dollar İndeksi 104,5 həddini keçib. İndeksin sonuncu dəfə belə yüksək həddə qalxması 2002-ci ilin sonlarında müşahidə edilib.
Dollarda bahalaşma son bir ildə yenindən güclənib. Hazırda dollar bir il əvvəlki tarixlə müqayisədə 16 faiz bahadır.
Dolların bahalaşmasını avro/dollar məzənnəsindəki dəyişiklikdən də görmək olar. Bir il əvvəl avro/dollar kursu 1,22 olduğu halda hazırda 1,04-dür. Başqa sözlə, bir il əvvəl 100 avroya 122 dollar almaq mümkün olduğu halda, hazırda 104 dollar almaq mümkündür.
Qeyd edək ki, dolların bahalaşması ABŞ Mərkəzi bankının (FED) faizləri artırması ilə bağlıdır.
Gözlənilir ki, qarşıdakı aylarda da dollarda bahalaşma davam edəcək. Çünki FED dövriyyədə dollarla olan pul kütləsini azaltmağa çalışacaq. FED 9 trilyon dollar olan balansını 4 trilyon dollara qədər azaltmağı planlaşdırılır. Balansın kiçildilməsi dolların miqdarını azalmasına səbəb olacağından bu valyutanın bir qədər də bahalaşması ehtimalı güclüdür.
SON XƏBƏR / KARUSEL
Tarix: 12-05-2022, 14:19