Banklarında yeni komitə yaradılacaq
Azərbaycan banklarında Korporativ İdarəetmə Komitəsi yaradılacaq.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin təsdiq etdiyi “Banklarda korporativ idarəetmə Standartları”nda yenilənmiş variantında qeyd edilib. Bildirilib ki, sözügedən komitələrin yaradılması tələbi Qərarın qüvvəyə mindiyi tarixdən 12 ay sonra tətbiq ediləcək.
Bundan əlavə, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2019-cu il 30 yanvar tarixli və “Banklarda korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli qərarları ləğv edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-09-2023, 11:25