mobil versiya

Amerikalı alimdən ŞOK sözlər – “Ermənilər çox vaxt öz həmyerlilərinə qarşı terror taktikasından istifadə edirdilər” (MÜSAHİBƏ)



2008-ci ildə Nyu-Yorkda yaradılan Türk-Amerikan Təhlükəsizlik Vəqfi (TASFO) ABŞ-da mənfəət güdməyən yerli və qlobal bir təhlükəsizlik fondudur və fanatik, böhtançı və irqçi erməni soyqırımı ilə mübarizədə Türk diasporasında əsas rol oynayır.  

Bu alimlərdən biri də məşhur amerikalı tarixçi və alimi professor Castin Makkartidir.  Castin Makkarti Kentukki, Louisvilledə yerləşən Louisville Universitetinin tarix üzrə professorudur. O,  Osmanlı tarixinin mütəxəssisidir.  Çox sayda kitabı və nəşri arasında ən məşhur kitabı "Ölüm və sürgün: Osmanlı Müsəlmanlarının etnik təmizlənməsi, 1821-1922" adlı kitabı 1995-ci ildə nəşr edilib.

 Beləliklə, professor Castin Makkarti ilə müsahibəni təqdim edirik:

-  Hörmətli professor Castin Makkarti, əvvəlcə görüşmə tələbimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm.

Erməni diasporası davamlı olaraq onlara qarşı soyqırım edildiyini iddia edir.  Lakin apardığınız araşdırma göstərir ki, Şərqi Anadoludakı müsəlman əhalinin əhəmiyyətli bir hissəsi Birinci Dünya Müharibəsi zamanı öldürülmüşdür.  Niyə belə bir iddia var? 

- Əlbəttə ki bu illər ərzində keçirilən tədqiqatları bir neçə dəqiqəyə sığdırmaq olduqca çətindir, ancaq əsasən demoqrafiyaya, yəni əhali sayına baxdığımızda Şərqi Anadoluda, Kilikiyada, Trans-Qafqazda - bütün bu yerlərdə çox sayda müsəlman türkünün və kürdün öldüyünü görürük.  O dövrdə ölən türklərin sayının 3 milyonu keçdiyini və ölən ermənilərin sayının 600.000 civarında olduğunu görürük.  Məlum olur ki, hər iki tərəfdəki əhalinin təxminən 40% -i bir tərəfdə ermənilər və ruslar, digər tərəfdə yerli əhali və Osmanlı Ordusu olduğu müharibə bölgələrində ölüb.  Buradakı problem ondadır ki, yalnız bir qrupun itkilərini saydığınız zaman, - yəni yalnız ölən erməniləri saydığınız zaman soyqırım kimi görünür.  Ancaq bütün ölüm faktlarının hamısını birlikdə saydığınız zaman hər tərəfin bir-birini öldürdüyü dəhşətli bir müharibəyə bənzəyir. Mən də yekunda apardığım tədqiqatda bu nəticəyə gəldim. Biz bu insanların necə öldüyünü araşdırırdıq.

-  Bu məqamda sizdən Zaqafqaziyaya köç edənlər barədə soruşmaq istərdim.  Araşdırmalarınız göstərir ki, Osmanlılar tərəfindən didərgin düşməmiş xeyli sayda insan könüllü olaraq Zaqafqaziyaya getmişdilər.  Və bu insanların xeyli hissəsi orada həyatını itirdi.  Bununla birlikdə, Osmanlılar tərəfindən Suriyaya və Livana aparılmış insanların əksəriyyəti sağ qaldı.  Sizcə bunu söyləmək ədalətli bir qiymətləndirmə olarmı?

 - Düzdür.  "Sürgün"ə məruz qalmayan və məcburi köçün bir hissəsi olmayanlar.... Bunlar Osmanlılar bu bölgələri geri aldıqdan sonra Van, Bitlis və Ərzurumdan şimala köçən ermənilərdir. Qeyd etmək istəyirəm ki, bunun Osmanlı hökumətinin onları məcbur etməsi ilə heç bir əlaqəsi yoxdur.  Onlar həmin vaxt özləri qorxudan o yerləri tərk ediblər. Axı ermənilər əhalinin böyük bir hissəsini, xüsusən də kürdləri öldürürdülər və zorla köçə məruz qoyurdular.  Onlar başa düşdülər ki, ruslar geri çəkilərkən geri qalsalar, əziyyət çəkəcəklər.  Kürdlər onlardan intiqam alacaqlar.  Və bu tamamilə doğrudur.  Beləliklə  onlar qaçmağı üstün tutdular.  Osmanlılar əvvəlcə onları Cənubi Suriyaya, Fələstin bölgəsinə, bəzilərini Deyr-Zor bölgəsinə, bir çoxunu Hələbə, Urfaya və başqa digər bölgələrə göndərdi.  Bununla birlikdə, Osmanlılar Vanda olduğu kimi ermənilərin onlara qarşı üsyan edəcəyini düşünürdülər.  Vanda ermənilər  bu Osmanlı şəhərini tutdular və ruslar gələnə qədər Türk ordusuna qarşı vuruşdular.  Beləliklə, Osmanlının ermənilərdən qorxmaq üçün səbəbləri var idi.  Qorxmalı olduqları başqa bir səbəb də digər iğtişaşlar idi.  Şebinkarahisar, Urfa və Osmanlı İmperatorluğunun digər bölgələrində qiyamlar yaşandı.  Müharibə başlayanda Osmanlılar Türk xalqına qarşı istifadə etmək üçün ermənilərə aid çox sayda silah, sursat və dinamit tapdılar.  Qeyd edim ki, Anadolunun hər yerində belə idi.  Osmanlılar üsyan edə biləcək çox sayda erməninin olduğunu düşünürdülər.  Və bu baş verərsə, Osmanlı İmperiyası ən azı onları dayandırmaq üçün çox vaxt, insan və pul xərcləməli idi.  Əks təqdirdə nəticə Van kimi olardı.  Osmanlılar telefon kabellərini kəsən və Osmanlı qoşunlarının konvoylarına hücum edən ermənilərlə mübarizə aparmaq üçün bir milyondan çox əsgərdən istifadə etməli idi.  Osmanlılar Ərzurum sərhədi yaxınlığında ruslarla döyüşərkən də, ermənilər onlara hücum etdilər.  Osmanlı ordusu yolları, xəstəxanaları və s.  geri qaytarmağa çalışırdı. Ermənilər bu qruplara da hücum etdilər.  Nəhayət, Osmanlı dövləti atıq qəti addım atılmağın zamanının gəldiyini düşünürdü. Qərar verdikləri məsələ isə, məcburi köç idi;  Xüsusilə bu təhlükəli bölgədə yaşayan erməniləri cənubdan Böyük Suriyaya, Fələstin bölgəsinə getməyə məcbur etmək.  İndi ermənilərin çoxunun sürgün edildiyi doğru deyil.  Bununla birlikdə, bunun əhəmiyyətli bir hissəsinin köçməyə məcbur olduğu həqiqətdir.  Ancaq Anadolunun bir çox şəhərində və Anadolunun vilayət bölgələrində qalan ermənilər var idi.  Osmanlılar onları özləri üçün bir təhlükə olaraq görmədikləri üçün orada qaldılar.  Osmanlılar tərəfindən deportasiya edilən insanlar, Osmanlı müharibəsi və mülki əhali üçün təhlükə yarada biləcək bölgələrdə yaşayanlar idi.  Ancaq Osmanlıların bütün erməniləri toplayıb göndərdikləri doğru deyil.  Osmanlıların bu deportasiyanı erməniləri öldürmək üçün həyata keçirdiyini söyləmək də doğru deyil.  Bu cəfəngiyyatdır.  Osmanlı erməniləri öldürmək istəsəydi, onları öldürə bilərdi.  Bunun əvəzinə onları uzaqlaşdırdılar.  Cemal Paşa Osmanlı əsgərlərinin yeməyini alıb erməniləri yedirtmək üçün istifadə edirdi.  Bu səbəbdən Osmanlıların onları öldürməyə çalışması qətiliklə doğru deyil.

 -  Deməli, Osmanlının erməniləri yox etmək və ya nəsillərini qırmaq niyyəti yox idi?

 - Bununla bağlı heç bir dəlil yoxdur. Əllərimdə olan bütün tarixi sənədləri nəzərdən keçirdik və buna dair heç bir dəlil yox idi.  Ermənilərin əksəriyyəti müharibədən xilas oldu!  Deməli, Osmanlı həqiqətən onları öldürmək istəsəydi, onları öldürərdi.  Ermənilərin hazırda danışdığı yalanlar isə, yalnız təbliğat məqsədi ilə deyilən sözlərdir.   Tarixi qeydlərə nəzər yetirdikdə, bunun üçün heç bir dəlil yoxdur.  Ermənilərin pis rəftara məruz qaldıqlarına dair dəlillər var. Burada heç bir problem yoxdur.  Ermənilərdən oğurlandı, bəzi ermənilər öldürüldü, əlbəttə ki, kürd tayfalarının ermənilərə hücum etdiyinə dair sübutlar var, xüsusən də ermənilər kürdlərə hücum etdikdən sonra.  Bunların baş verdiyinə dair dəlillər var. Lakin ermənilərin və rusların hər iki tərəfdən də türklərə və kürdlərə hücum etdiyinə də dair bir çox dəlil var.  Ancaq bütün erməniləri öldürmək və ya məhv etmək niyyətində olduğuna dair bir dəlil belə yoxdur. 

 - Birinci Dünya Müharibəsi əsnasında Anadolunun ermənilərin hökm sürdüyü şərq bölgələrində Van Bələdiyyə Başçısı Bedros Kapamacıyan kimi bəzi erməni məmurlarını və Daşnak və Xınçaq dəstələrinin metodlarına qatılmayan Baba Boqos kimi bəzi ruhaniləri öldürdüyünü bilirik.  Təqiq desək, bu barədə sizin "Vanda Erməni Üsyanları" kitabınızda da bəhs edilir…

- Burada bir müddətdir aktiv siyasət var.  Ancaq zaman belə deyildi.  Erməni inqilabçıları ikili siyasət yürüdürdülər.  Düşünürəm ki, xınçaqlardan çox daşnaklardan danışırsınız.  Onların siyasəti casuslara sui-qəsd etmək, “erməni ideologiyasına qarşı” olanları öldürmək və həmçinin dediyiniz kimi zaman-zaman (həmişə deyil) Osmanlı məmurlarına hücum etmək idi.  Hücuma məruz qalan qubernatorlar da var idi.  Daha çox jandarmaya və bu kimi insanlara hücum etdilər.  Çox az sayda erməni keşiş və ruhaniyə hücum edilmişdi, lakin onların sayı başqalarını qorxutmaq üçün yetərli idi.  Digər ermənilər bu məsələlərdə heç nə deyə bilmirdilər.  Van vilayəti demək olar ki, bir istisna idi, çünki daşnaklar Vanda o qədər güclü idilər ki, onlara qarşı çıxanların qalib gəlməyəcəyinə əmin idilər.  Buna görə də dediyiniz kimi Osmanlı məmurlarını, Van valisini, bələdiyyə başçısını öldürdülər. Ermənilər çox vaxt öz həmyerlilərinə qarşı terror taktikasından istifadə edirdilər.  Birinci Dünya müharibəsindən əvvəl daşnak terror təşkilatı tərəfindən öldürülənlərin əksəriyyəti digər ermənilər idi.  Onlar daha çox pul qazanmaq üçün bu taktikalardan istifadə edirdilər. Onlar zəngin ermənilərin yanına gedib "işimizə töhfə verəcəksiniz" -, deyir, onları təhdid edir və pul alırdılar.  İşə töhfə verməyən bəzi ermənilər yalnız Anadoluda deyil, Rusiyada da öldürülürdü.  Bundan sonra digərləri də həmin ölümləri görüb, pul ödəməyəcəkləri təqdirdə öləcəklərini anlayaraq məcburi qaydada həmin qruplara maliyyə “yardımı” edirdilər.  Bu həm bu cür radikal inqilabçılar tərəfindən, həm də dünyadakı mafiya təşkilatları tərəfindən istifadə olunan bir növ taktikadır.  Yəni öz məqsədiniz üçün üçün pul yığmağın bir yoludur və bu pulu almaq üçün bir neçə insanı öldürməkdən belə çəkinməzsiniz. Kimliyindən, milliyətindən asılı olmayaraq….

Ardı var….


Reportyor.az
MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 26-11-2020, 17:40