mobil versiya

“YouTube” tarixində ən çox izlənən videolar - SİYAHI



“YouTube” tarixində ən çox izlənən videoların reytinqi hazırlanıb.

REN TV-nin xəbərinə görə, bu barədə siyahı “Newsweek” jurnalında dərc olunub.

Xəbərdə bildirilir ki, 2005-ci ildə ən çox izlənilən videolar arasında “trend” Braziliya millisinin futbolçusu Ronaldinyonun məşq görüntüləri olub.
2006-2007-ci illərdə isə ən çox “The Evolution of Dance” videosu baxış toplayıb. Bu videoda rəqqas Cadson Laypli XX əsrin əvvəllərində məşhur olan rəqslərin əsas hərəkətlərini ifa edib.

2008-ci ildə fenomen kanadalı müğənni Avril Lavinin “Girlfriend” klipi olub.

2009-cu ildə şəbəkədə ən çox izlənilən video britaniyalı ailədə uşağın qardaşının barmağını dişləməsi görüntüləridir.

Bunlardan başqa “YouTube”da Ledi Qaqanın “Bad Romance”, Castin Biberin “Baby”, PSY-nin “Gangnam Style” və Luis Fonsinin “Despacito” klipləri də ən çox izlənilənlər siyahısındadır.


MARAQLI / KARUSEL
Tarix: 16-02-2020, 11:30