mobil versiya

Qurban Yetirmişli: Bayıldakı sürüşmə zonasında fundamental işlər aparmaq lazımdır, təkliflər verilib



Bayıldakı sürüşmə zonasında fundamental işlər aparmaq lazımdır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, hazırda əhali oradan köçürüldüyü üçün ciddi təhlükə yoxdur.
Qurban Yetirmişli qeyd edib ki, Bibiheybət və Badamdarda bərkitmə işlərinin aparılması üçün təkliflər verilib: "Bina tikintisində təhlükəsizlik məsələlərinə ciddi diqqət göstərilməlidir. Tikinti elə aparılmalıdır ki, gələcəkdə seysmik risk minimuma düşsün, güclü dağıntılar və insan tələfatı olmasın”. (Apa)

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:16