mobil versiya

Rusiya XİN: "Laçın dəhlizi məsələsi üçtərəfli razılaşma əsasında həllini tapmalıdır"




Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazdakı son proseslərə münasibət bildirib.

REPORTYOR.AZ Report-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə danışıb.

“Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, - o deyib.

İ.Neçaev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.
SON XƏBƏR / KARUSEL
Tarix: 11-08-2022, 15:06