AZAD ŞUŞA, ƏSGƏRAN KEÇİDİ VƏ DANIŞIQLAR MASASI
Şuşanın işğaldan azad edilməsi ilə paralel Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya-Türkiyə məsləhətləşmələri aparıldığı məlumatı yayıldı.
Qərb mediasına sızan məlumata görə, aparılan məsləşətləşmələrdə Dağlıq Qarabağda qalacaq ermənilərin statusu, onların təhlükəsizliyi və hətta Ermənistan ərazisindən Naxçıvana veriləcək dəhliz də müzakirə predmeti olub. Qərb mediası iddia edir ki, bununla bağlı ilkin razılaşma da var. Bu konfedensial informasiyanın düşünülmüş şəkildə sızdırıldığı şübhəsizdir.
Amma açıq sual ondan ibarətdir ki, sızdırılan informasiya FAKE NEWS-dur, yoxsa onun arxasında reallıq dayanır? Bu sual açıq qalsa da indiki durumla bağlı bəzi mülahizələr yürütmək olar.
ERMƏNİLƏR NƏ İSTƏYİR?
İndi ermənilərin qarşısına qoyduğu əsas məqsəd Dağlıq Qarabağda az sayda da olsa qalmalarını təmin etməkdir. Bu ən minimum istəkdir və Ermənistan yaxşı anlayır ki, bu minimumdan başqa iddia edəcəyi və qazana biləcəyi heç nə yoxdur. RUSİYA NƏ İSTIYİR? Rusiya sözsüz ki, ermənilərin bu istəyinə şərikdir. Çünki Dağlıq Qarabağda erməninin qalmaması həm Azərbaycanı, həm də Ermənistanı təsir dairəsindən çıxaracaq. Dağlıq Qarabağda az sayda da olsa erməni qalsa, onların təhlükəsizliyinə təminatçı kimi Rusiyanın mandat almaq imkanları hələ də tükənməyib. QƏRB NƏ İSTƏYİR? Əslində indiki halda Qərb yekcins deyil. ABŞ-ın maraqları ilə köhnə qitənın maraqları uzlaşmır. Fransanın timsalında Avropa ermənilərin Qarabağda qalması naminə Rusiyanın təsirinin saxlanmasına razılaşır, ABŞ isə birmənalı olaraq Rusiyanın əlinin Qafqazdan üzülməsində maraqlıdır. Və ABŞ-ın bu marağı əks-həmlə əməliyyatında neytral qalmasını əsas şərti oldu. ABŞ-da yeni administrasiyanın hansı mövqe tutacağı bəlli deyil. Ancaq o da aydındır ki, Bayden iş başına keçənə qədər bir çox məsələlər həllini tapmış olacaq. VƏ... Artıq bəllidir ki, bölgənin taleyi ABŞ-Rusiya-Türkiyə formatında həll olunacaq. Bu gün bu format Azərbaycanın marağına cavab verir. Amma bu ABŞ və Rusiyanın Azərbaycana olan sevgisindən doğan reallıq deyil. Bu reallığı yaradan məhz AZƏRBAYCAN ORDUSUDUR. Qarabağda hərbi üstünlük və yaranmış situasiya ermənilər üçün xoş nəsə vəd eləmir. Ermənilər ancaq Qarabağdan birdəfəlik əl çəkməklə qarşılarında real perspektivləri aça bilərlər. Real durum isə belədir. Statusu haqqında danışılan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) artıq yoxdur. Məsələ daha aydın olsun deyə qısa bir arayış: DQMV beş rayon – Şuşa, Mardakert (Ağdərə), Martuni (Xocavənd), Əsgəran, Hadrut və Stepanakert(Xankəndi) şəhərindən ibarət inzibati vahid idi. 1992-ci ilə bu inzibati vahid ləğv edildi. Mardakert Kəlbəcət, Tərtər və Ağdam arasında bölündü.
Martuni rayonu Xocavəndə çevrildi və Hadrut ləğv edilərək əsas hissəsi ona verildi. Əsgəran rayonu ləğv edildi. Əvəzində Xocalı rayonu yaradıldı və Əsgəranın kəndləri Xocalıya verildi. Bu gün bir vaxtlar DQMV inzibati ərazisində olan və rayon statusu olan yaşayış məntəqələrində ikisi Şuşa və Hadrut rəsmən Azərbaycan ordusunun nəzarətindədir. Xocavəndin (Martuni) azad edilməsi rəsmən elan olunmasa da faktiki olaraq oraya da Azərbaycan ordusu nəzarət edir. Bir vaxtlar Mardakertin izibati ərazisinə daxil olmuş mühüm strateji yaşayış məntəqələrinin azad edilməsi barədə rəsmi məlumatlar var. Suqovşan və sairə. YENƏ ƏSGƏRAN KEÇİDİ Ermənilərin bu durumunda hələlik əllərində saxlaya bildikləri iri yaşayış məntəqələri Əsgəran və Stepanakertdir.
Və əldə olan məlumatlara görə əsas qüvvələr də bu istiqamətə toplaşır. Daha bir tarixi arayış: 1920-ci ildə də, 1992-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin taleyinin Əsgəran qalasında həll olduğu danılmaz faktdır. 1920-ci ildə Əsgəran keçidini əldə saxlamaqla Azərbaycan Xalq Cümhuriyyəti komandanlığı Qarabağın itirilməsinin qarşısını almışdı. 1992-ci ildə isə Azərbaycan Əsgəran keçidinə nəzarəti bərpa edə bilmədi və bu Xocalı faciəsi ilə nəticələndi. Eyni zamanda münaqişənin həlli üçün 28 il gözləməyimizə səbəb oldu. Əsgəran keçidi yenə də aktualdır. Və ermənilər bu keçiddə qalmaqla danışılar masasına oturmaq istəyir.
SON XƏBƏR / KARUSEL / YAZARLAR
Tarix: 9-11-2020, 20:00