Aİ : Hindistanın Rusiyadan neft alması və hərbi təlimləri daha sıx əlaqələrə mane olur

Avropa İttifaqının baş diplomatı Kaja Kallas bildirib ki, Hindistanın Rusiyanın hərbi təlimlərində iştirakı və Rusiya neftinin alınması Aİ ilə daha sıx əlaqələrə mane olur.
Kallas, blokun Aİ-Hindistan əlaqələrini gücləndirmək strategiyasını elan edərkən, deyib ki, nəticədə, tərəfdaşlığımız təkcə ticarətlə bağlı deyil, həm də qaydalara əsaslanan beynəlxalq asayişi qorumaqdır.
“Hərbi təlimlərdə iştirak, neft alışı - bütün bunlar əlaqələrimizin dərinləşməsinə gəldikdə əməkdaşlığımıza əngəllər törədir”, o deyib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:03