“Qarabağ”ın rəqibi Mourinyo ilə razılaşıb

“CNN Portugal” xəbər verir ki, portuqaliyalı mütəxəssis Lissabon klubu ilə prinsipial razılıq əldə edib və danışıqlar artıq yekun mərhələyə daxil olub.
“Benfika” dünən UEFA Çempionlar Liqasının ilk turunda “Qarabağ”a 2:3 hesabı ilə məğlubiyyətdən sonra Bruno Laje ilə yollarını ayırıb.
Mourinyo 2000-ci ildə qısa müddətə “Benfika”nı çalışdırmışdı. İndi isə onun yenidən “qartallar”ın “sükanı arxasına” keçməsi gözlənilir.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 17-09-2025, 13:14



























