Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 20 milyard manatı keçib

Bakı Şəhər Statistika İdarəsi xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 2 faiz artaraq 11 milyard 300,5 milyon manata, qeyri-ərzaq malları isə 7,2 faiz artaraq 9 milyard 189,2 milyon manat olub. Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,3 faiz artıb.
İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:25