mobil versiya

Bakıda pərakəndə ticarət dövriyyəsi 4%-dən çox artıb



Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 5,6 milyard manat təşkil edib.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Hesabat dövründə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 1,4 faiz artaraq, 3,1 milyard manata, qeyri-ərzaq malları isə 8 faiz artaraq 2,6 milyard manat olub.
İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.(trend)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-04-2025, 15:43