Dəməşq ABŞ və İordaniyanın dəstəyi ilə Suveyda Barışıq Yol Xəritəsini açıqlayıb

Suriyanın Xarici İşlər və Qürbətçilər naziri Asaad Al-Şaibani druzların çoxluq təşkil etdiyi Suveyda valiliyi üçün barışıq yol xəritəsinin işə salındığını açıqlayıb.
Xarici media xəbər verir ki, ABŞ və İordaniyanın dəstəklədiyi təşəbbüs ötən iyul ayında regionda baş verən şiddətli iğtişaşlara cavabdır.
Dəməşqdə iordaniyalı həmkarı Ayman Safadi və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barakla keçirdiyi birgə mətbuat konfransında Əl-Şeybani yol xəritəsinin ədalətin təşviqi və etimadın yaradılması üzərində qurulduğunu vurğulayıb. O bildirib ki, plan mülki şəxslərə hücumlara görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsini, zərər çəkmiş şəxslərə kompensasiyanın ödənilməsini və hərtərəfli daxili barışıq prosesinin başlanmasını ehtiva edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 17-09-2025, 14:12



























