mobil versiya

Kriştianu Ronaldu "Barselona"ya keçə bilər



İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya "Barselona"sına keçə bilər.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun agenti Jorje Mendeş Mançesterdəki restoranların birində Kataloniya klubunun nümayəndələri ilə görüşüb.
"Qırmızı şeytanlar"ı tərk etmək istəyən 37 yaşlı forvard yeni klub axatrışındadır. Daha əvvəl İngiltərənin "Çelsi" və Almaniyanın "Bavariya" komandalarının ulduz futbolçunu transfer etmək istədiyi bildirilib. Onun xidmətində Devid Bekhemə məxsus ABŞ-ın "İnter Mayami" klubunun da maraqlı olduğu iddia edilir.
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm "Mançester Yunayted"də cəmi 7 oyun keçirib və 1 qol vurub.

İDMAN
Tarix: 16-10-2022, 15:22