mobil versiya

Kadırov Putinin Ukrayna ilə bağlı planlarını AÇIQLADI - VİDEO




Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov rus qoşunlarının Ukraynadakı müharibədə yeni marşrutunun təfərrüatlarını açıqlayıb.

BAKU.WS xəbər verir ki, general-leytenant Kadırov Rusiya ordusunun əvvəlcə Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərini tam ələ keçirəcəyini bildirib.

Bundan sonra rus qoşunları Kiyevə qayıdaraq paytaxt və digər şəhərlərə nəzarəti təmin edəcək.

Çeçenistan lideri həmçinin deyib ki, Rusiyanın əməliyyatları təkcə Mariupolla məhdudlaşmayacaq: "Sizi əmin edə bilərəm ki, bir addım belə geri çəkilməyəcək. Hücumlar təkcə Mariupolda deyil, digər şəhər və kəndlərdə də davam edəcək".
KARUSEL / GÜNDƏM
Tarix: 11-04-2022, 15:02