mobil versiya

Ukrayna Rusiyanın hərbi itkilərinin sayını AÇIQLAYIB




Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

REPORTYOR.AZ-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın ümumilikdə 34 430 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1504 tank, 3 632 zirehli maşın, 756 artilleriya sistemi, 240 reaktiv yaylım atəşi sistemi, 99 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 183 helikopter, 620 operativ-taktiki PUA, 137 qanadlı raket, 14 gəmi/qayıq, 60 xüsusi texnika, 2548 avtomobilini məhv edib.



KARUSEL / ÖLKƏ
Tarix: 23-06-2022, 13:00