mobil versiya

Şimali Koreya sinaq raket buraxılışı həyata keçirib



Şimali Koreya hakimiyyəti sinaq raket buraxılışı həyata keçiriblər.
Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verib.
Məlumata əsasən, raket Şimali Koreyanın şərq sahilində yerləşən Sinpo şəhəri yaxınlığında buraxılıb.
Atılan raketin növü hələ müəyyən edilməyib.
Agentlik xatırladıb ki, sınaq buraxılışı ABŞ və Cənubi Koreyanın “Freedom Shield” adlı birgə hərbi təlimləri ərəfəsində baş tutub.

KARUSEL / DÜNYA
Tarix: 13-03-2023, 10:02