mobil versiya

Qeydiyyatdan keçib gəlməyən uşaqlar bağçadan xaric olunacaq



Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən elə uşaq bağçaları var ki, 300-ə yaxın valideyn növbə gözləyir.
Bu barədə Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur.
“Bunun üçün normativ sənədlərə düzəliş ediləcək. Növbədə dayanan valideynlərin uşaqları bağçaya yerləşdirə bilməsi üçün şərait yaradılmalıdır”,- deyə o əlavə edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-04-2023, 13:21