“ABŞ girovları xilas etmək üçün gizli plan qurub” – “Qətərdəki HƏMAS liderləri ilə razılaşdırıldıqdan sonra...”

“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “The Telegraph” nəşri azad edilən girovlarla bağı maraqlı bir yazı dərc edib.
Britaniya nəşri qeyd edib ki, HƏMAS indiyə qədər girovluqdan azad etdiyi 5 nəfəri İsrailə təzyiq etmək üçün özəl olaraq seçib.

“HƏMAS ilk mərhələdə bir ana və iki azyaşlı övladını sərbəst buraxıb. Onlar ABŞ vətəndaşları olublar. Azad edilən ilk girovların ABŞ vətəndaşları olması İsrailin müttəfiqlərinə göndərilən bir mesaj idi. HƏMAS mesaj verib bildirirlər ki, quru əməliyyatını dayandırmaq üçün Təl-Əvivə təzyiq etsəniz, təxminən 50 əcnəbi girov azad edilə bilər. Sonradan azad edilən iki yaşlı qadının İsrail vətəndaşı olması isə İsrail xalqına birbaşa mesaj idi. Onlar mesaj verdilə eki, əgər hökuməti işğalı dayandırmağa inandırsanız, girovları sağ-salamat xilas edə bilərsiniz”,-deyə nəşr bildirib.
İsrailin “Jewish News” nəşri isə daha maraqlı bir iddia ortaya atıb.
Həmin iddialara görə, İsrail iki mərhələli plan çərçivəsində Qəzzadakı bütün əsirləri azad edəcək.
Məlumata görə, İsrail əsilli amerikalı iş adamı Moti Kahana Qəzzada girovların azad edilməsi üçün Ağ Evlə birlikdə gizli bir plan üzərində çalışır.
Bu plana görə, girovluqdakı şəxslər azad edilərsə, Qəzzaya humanitar yardım göndəriləcək və 7 oktyabr hücumunda iştirak etməyən HƏMAS liderlərinin sərbəst şəkildə bölgəni tərk etmələrinə şərait yaradılacaq.
Qəzetin məlumatına görə, bu planla bağlı bütün detallar Qətərdəki HƏMAS liderləri ilə razılaşdırıldıqdan sonra icra ediləcək.
KARUSEL / DÜNYA
Tarix: 25-10-2023, 15:23