mobil versiya

"HƏMAS liderləri Qəzza zolağında yoxdur" - İsrail kəşfiyyatı


HƏMAS-ın əsas rəhbərliyi İran, Qətər, Livan və Türkiyədədir.
idf.il” xəbər verir ki, bu barədə İsrail kəşfiyyatından bildirilib.
Qeyd olunub ki, onlar döyüşlərdən uzaqda büdcəni idarə etməklə yanaşı, silahlılara rəhbərlik edir, hətta, qlobal miqyasda ictimai rəyi qızışdırırlar.
Bildirilib ki, HƏMAS Qəzza zolağından dinc sakinlərin müdafiə məqsədi ilə təxliyə edilməsinə mane olsal da, təşkilatın rəhbərləri bölgədə deyillər.
Məlumata görə, qruplaşma başçısı Xalid Məşəl, müavini Musa Əbu Marzuk, qurumun Siyasi Bürosunun sədri İsmayıl Haniyə, onun müavini Yəhya Sinuar xaricdədirlər. Saleh əl-Aruri Qəzza zolağının başçısı hazırda Livanda fəaliyyət göstərir.
Bildirilib ki, HƏMAS Siyasi Bürosunun üzvlərindən azı 4/1-i İran, Qətər, Livan və Türkiyə ərazisindədir.
Qeyd edək ki, ötən gün İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməeni İsmayıl Haniyəni qəbul edib.(report)

KARUSEL / DÜNYA
Tarix: 6-11-2023, 16:32