mobil versiya

Xizək alpinizmi üzrə Avropa çempionatının açılışı olub



Fransanın Flaine bölgəsində xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, 22 ölkədən 225 idmançının qatıldığı yarışda Azərbaycan milli komandası da iştirak edir.
Xizək Alpinizmi üzrə Beynəlxalq Federasiyanın Avropa Konsulluğunun Prezidenti Günel Bədəlova idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, yanvarın 12-nə kimi davam edəcək turnirdə Azərbaycan idmançıları yanvarın 10-da sprint, 11-də isə vertikal növlərdə çıxış edəcəklər.

KARUSEL / İDMAN
Tarix: 8-01-2024, 12:19