mobil versiya

2023-cü ilin IV rübündə Azərbaycanda maliyyə axını artıb



2023-cü ilin IV rübündə Azərbaycanda maliyyə axını 43,3 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.
Məlumata görə, ötən rüb ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (32,9 %), topdan və pərakəndə ticarət (13,6%) və tikinti (9,9 %) olub.
Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (1,9 milyard manat artım) və nəqliyyat və anbar təsərrüfatı (1,8 milyard manat artım) olub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-01-2024, 17:06