mobil versiya

Bakıda “Maxtumkuli – Dünyanın mütəfəkkiri” kitabının təqdimatı olub



Türkmənistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Maxtumkuli Fraqi adına Türkmən Ədəbiyyatı Mərkəzində Türkmənistanın daimi bitərəfliyinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Reportyor.az xəbər verir ki, tədbirdə Türkmənistanın müsbət neytrallıq siyasətinin əhəmiyyətinə və onun planetdə sülhün və sabitliyin möhkəmləndirilməsində konstruktiv mexanizm kimi tətbiqinə xüsusi diqqət yetirilib. Görüş iştirakçıları Türkmənistanın BMT çərçivəsində sülhsevər təşəbbüslərini müzakirə ediblər.

Tədbirdə Türkmənistanın hörmətli Prezidenti Sərdar Berdiməhəmmədovun “Maxtumkuli – Dünyanın mütəfəkkiri” kitabının təqdimatı olub.
Toplantı iştirakçıları kitabın məzmunu ilə tanış olub, türkmən xalqını birliyə çağıran Məxtumkuli Fraqinin həyat və yaradıcılığına dair elmi-tarixi məlumatları yüksək qiymətləndiriblər. Kitabda neytral Türkmənistanın inkişafında təhsil və elmin əhəmiyyəti qeyd olunur.

Burada Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərləri, elmi işçilər və ölkədə təhsil alan türkmən tələbələri iştirak ediblər.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-03-2025, 09:44