Türkmənistan lideri Türkiyənin müdafiə naziri ilə hərbi sahədə tərəfdaşlığı müzakirə edib

Bu barədə rəsmi “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Berdiməhəmmədov Türkmənistanın hərbi doktrinasının sırf müdafiə xarakterli olduğunu qeyd edib. Dövlət başçısı Türkmənistanın hərbi qulluqçularının peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Türkiyədə keçirilən seminarlarda iştirak etdiyini xatırladıb.
Berdiməhəmmədov və türkiyəli nazir əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Gülər Dövlət Təhlükəsizlik Şurasının katibi, Türkmənistanın müdafiə naziri Begenç Gündoğdiyevlə də görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın intensivləşdirilməsi məsələlərini müzakirə ediblər.(apa)
KARUSEL / DÜNYA
Tarix: 27-06-2024, 10:00