mobil versiya

“Ögey ana”nın İsmayılının 79 yaşı tamam olur



Bu gün tanınmış aktyor Ceyhun Mirzəyevin anadan olmasının 79 ili tamam olur.

Reportyor.az xəbər verir ki, Ceyhun Mirzəyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, Moskvada təhsil alıb. O, kinostudiyada çalışıb, “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. 

Aktyorun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. 11 yaşında “Görüş” filmində Şıxəlinin oğlunu, 12 yaşı olanda isə “Ögey ana”da İsmayıl obrazını yaradıb. O, “Əsl dost”, “Matteo falkone”, “Qara qağayı”, “Yenilməz batalyon”, “Qanun naminə”, “Dəli Kür”, “Bakıda küləklər əsir”, “Yol əhvalatı”, “Qanlı zəmi” və “Lətifə” də daxil olmaqla ümumilikdə 25-ə qədər filmdə müxtəlif obrazlar yaradıb. Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub. 

Tanınmış aktyor 1993-cü ildə vəfat edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 9-04-2025, 17:03