Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılışı olub

Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılışı keçirilib.
Reportyor.az xəbər verir ki, tədbirdə Azərbaycanla və Qətər Dövləti arasında əməkdaşlıq münasibətləri barədə məlumat verilib, mədəniyyətin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində müstəsna rolu vurğulanıb.
Daha sonra geniş konsert proqramı təqdim olunub. Qətərli musiqiçilərin və xor kollektivinin ifasında səsləndirilən nəğmələr alqışlarla qarşılanıb.

Açılış tədbirində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qətər Dövlətindən olan həmkarı Şeyx Əbdülrəhman bin Həməd əl-Tani, Milli Məclisin üzvləri, səfirlər, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Bildirək ki, Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək.




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-04-2025, 19:50